10 noyabr 2016-cı il tarixində Bakıda Azərbaycan Respublikasının Fövqəladə Hallar, Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə və Təhsil Nazirlikləri, Milli Məclis, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində olan Respublika Seysmoloji Xidmət Mərkəzi və Coğrafiya İnstitutu, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Trend Xəbər Agentliyinin və o cümlədən UNİCEF-in, Azərbaycandakı Fransa Səfirliyinin nümayəndələrinin iştirakı ilə Şərq Tərəfdaşlığı ölkələrində Təbii və Texnogen Fəlakətlərin Qarşısının alınması, Hazırlıq və Cavab tədbirləri üzrə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Proqramı (PPRD East 2) çəçivəsində Milli Məsləhət Qrupunun (NAG) 3-cü iclası keçirilmişdir. İclasda Aİ Nümayəndələri tərəfindən iştirakçılara PPRD East 2 Proqramında əldə olunan nailiyyətlər, regionda, və xüsusən Azərbaycanda PPRD East 2 Proqramı çərçivəsində həyata keçiriləcək növbəti addımlar və tədbirlər təqdim edilmiş, bu mövzu üzrə müzakirələr aparılmışdır. Aİ Nümayəndələri iştirakçılara bundan öncə 1-3 mart 2016-cı il tarixində keçirilən Milli Məsləhət Qrupunun 2-ci iclasında birgə qəbul olunmuş gələcək fəaliyyət planını xatırladaraq bu sahədə artıq atılan addımlar haqqında məlumat vermiş və nəzərdə tutulan növbəti fəaliyyətləri və bu sahədə dövlət və qeyri-dövlət strukturların dəstəyinin vacib olması ilə müraciət etmişlər. Belə ki, daşqın risklərinin idarəedilməsi, fəlakət risklərinin qiymətləndirilməsi, mülki müdafiə sahəsində könüllülük, fəlakətlər barədə maarifləndirmə, ev sahibi olaraq göstərilən dəstək, mülki müdafiə sahəsində potensialın artırılması kimi mövzuların ətraflı müzakirəsi zamanı müəyyənləşdirildi ki, artıq sadalanan sahələrdə işçi qruplar, onların rəhbərləri təyin edilmiş və ya edilməkdədir, sistemlər işə salınmış. Eyni zamanda daha çox vaxta və təşkilatı işlərə ehtiyacı olan sahələr də aydınlaşdırılmışdır, missal olaraq mülki müdafiə sahəsində könüllülük.
Məlumat üşün qeyd etmək lazımdır ki, PPRD East 2 Proqramı Şərqi Avropa Ölkələrində sülh, stabillik, təhlükəsizlik və firavanlığa töhfə verir. Proqram eləcə də ölkələrin texnogen və təbii mənşəli fəlakətlərə davamlılığını, hazırlığını və cavab tədbirlərini gücləndirməklə regionun ətraf mühitini, əhalisini, mədəni irsini, resurs və infrastrukturunu qorumağı hədəfləyir. PPRD East 2 Proqramı Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynada fəlakət risklərinin idarəedilməsi potensialının milli səviyyədə gücləndirilməsinə yardım edir, Tərəfdaş Ölkələr arasında regional əməkdaşlığı gücləndirməyi hədəfləyir və Tərəşdaş Ölkələri Aİ-nin Mülki Müdafiə Mexanizminə yaxınlaşdırır. 5.5 milyon AVRO büdcəsi olan Proqram 4 il davam edəcək.
Milli Məsləhət Qrupunun 3-ci iclasında Azərbaycan Qızıl Aypara Cəmiyyətini İcraçı Katibin müavini Səbinə Məhbubi-İran təmsil edirdi. O, fürsətdən istifadə edərək cəmiyyətin və eləcədə Qızıl Xaç və Qızıl Aypara Hərəkatının təbii və texnoqen fəlakətlər zamanı risklərin azaldılmasında və müvafiq yardımın göstərilməsində böyük bir bilik və bacarığa və təcrübəyə malik olduğunu xatırlatmış və cəmiyyətin bu sahədə dövlətə və tərəfdaşlara dəstək etməsində hazır olmasını vurğulamışdır.