Az QAC Qax rayon bölməsi noyabrın 30-da Ümumdünya “QİÇS-lə mübarizə”günü ilə əlaqədar Almalı kənd tam orta məktəbində maarifləndirici seminar keçirdi. Öncə Az QAC Qax rayon bölməsinin sədri Sara Xəlilova Hərəkat , Az QAC-nin fəaliyyəti və “QİÇS-lə mübarizə” günü haqda şagirdlərə məlumat verdi.
Qax Rayon Mərkəzi Xəstəxanasının həkimi Afaq Raşayeva İİV-QİÇS-in əlamətləri,ona yoluxma yolları, İİV-ə yoluxma zamanı baş verən fəsadlar və bu xəstəlikdən qorunma yolları haqda geniş təqdimat etdi. Sonra mövzu haqda hazırlanmış prezentasiya, şəkillər və video çarxlar nümayiş olundu.
Tədbir diskussiya şəklində davam etdirildi. Şagirdləri maraqlandıran suallar çavablandırıldı.
Tədbirin sonunda Almalı kənd tam orta məktəbinin müəllimləri AzQAC -Qax rayon bölməsinin kollektivinə təşəkkürünü bildirdilər və belə aktual mövzularda maarifləndirmənin mütəmadi olaraq kütləvi informasiya vasitələri ilə də aparılmasının vacibliyini qeyd etdilər.