2016-ci ilin noyabr ayında “Bakı Ambassador” mehmanxanasında ənənəyə sadiq olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyəti (Qızıl Aypara və ya Milli Cəmiyyət) və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) birgə olaraq Beynəlxalq Qızıl Xaç Qızıl Aypara Hərəkatının Azərbaycanda “Silahlara Qarşı Mübarizə” istiqamətində həyata keçirdiyi fəaliyyətlərin yekununa dair görüş keçirmişlər.
Görüşdə Qızıl Ayparanın Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Göygöl, Samux, Gəncə Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Bərdə və Füzuli rayon və şəhər bölmələrinin sədrləri, Gəncə Regional Mərkəzinin koordinatoru, Sabirabad RM-nin koordinatoru, Mingəçevir Regional Mərkəzinin koordinatoru, Silahlara Qarşı Mübarizə proqramına məsul şəxs Məmməd Kətanov, AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə, Cəmiyyətin İcraçı Katibi Ceyhun Mirzəyev BQXK-nın Hərəkat daxili əməkdaşlıq üzrə məsul nümayəndəsi, Lyudmila Shepeleva, ANAMA-nın (Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentlik) Minalar Üzrə Maarifləndirmə şöbəsinin məsul əməkdaşı Vaqif Sadıqov, Zamiq Aslanov, AzCBL (Minalar Əleyhinə Azərbaycan Kompaniyası İctimai Birliyinin) sədri Hafiz Səfixanov iştirak etdilər.
Görüşün məqsədi 2016-cı il ərzində AzQAC tərəfindən silahlara qarşı mübarizə proqramı çərçivəsində Respublika ərazisində həyata keçirilən fəaliyyətlərin yekununa dair hesabatın iştirakçılara təqdimatı, onun müzakirəsi və gələcək fəaliyyətlərin və layihələrin planlaşdırılması, ANAMA mütəxəssisi tərəfindən Milli Cəmiyyətin rayon bölmə sədrlərinə İMSMA (mina hadisələri və qurbanları haqda məlumatın toplanmasına dair xüsusi blank formaları) blankların doldurulması üzrə təqdimat vasitəsilə məşğələnin keçirilməsi idi.
Görüşün ilk günündə baş tutan rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə bu ənənəvi yekun görüşünün keçirilməsini yüksək qiymətləndirdiyini bildirdi. O qeyd etdi ki, belə görüşlər görülmüş işlərin təhlili və gələcək planların birgə hazırlanması üçün çox səmərəlidir. O, son illərdə bu proqramın Qızıl Aypara Cəmiyyətinin ən fəal və məhsuldar humanitar proqramlarından birinə çevrildiyini qeyd etdi. O vurğuladı ki, Milli Cəmiyyət 2016-cı ildə Qazax, Gədəbəy, Ağcabədi, Tərtər rayonlarında Almaniya Qızıl Xaç Cəmiyyətinin maliyyə dəstəyi ilə uşaqlar üçün “Təhlükəsiz Oyun Meydançası” layihəsinin həyata keçirilmişdir və bu ilin dekabr ayının 21 də Qazax rayonunun Daş Salahlı kəndində Litva səfirliyi ilə əməkdaşlıq sayəsində Təhlükəsiz Oyun Meydançasının açılış mərasimi təşkil olunacaqdır. Sonra AzQAC-nin İcraçı Katibi Ceyhun MirzəyevÇıxış edərək Qızıl Aypara Cəmiyyətinin Silahlara Qarşı Mübarizə proqramını Milli Cəmiyyət üçün əhəmiyyətini önə çəkərək, bu kimi böyük riskli problemlə mübarizədə Milli Cəmiyyətin BQXK, ANAMA, AzCBL və s. təşkilatlarla birgə əməkdaşlıq etməsini diqqətə layiq hesab etdi. Və seminara uğurlar dilədi. Sonra çıxış üçün söz alan AzQAC-nin Silahlara Qarşı Mübarizə Proqramına məsul şəxs Məmməd Kətanov Görülən işlər barəsində tədbir iştirakçılarına hesabat verərək bildirdi ki, gələcək illər ərzində bu kimi layihələrin keçrilməsi məqsədə uyğundur. O, görüş iştirakçılarına uğurlar arzuladı. Rəsmi hissədən sonra görüş öz gündəliyinə uyğun olaraq davam etdirilmişdir. ANAMA-nın məsul əməkdaşı Vaqif Sadıqov Qızıl Aypara Cəmiyyət və ANAMA arasında 2007-ci ildən bəri mövcud olan “Mina Hadisələri və Mina Qurbanları haqda Məlumatların Toplanması” üzrə rəsmi Anlaşma Memorandumuna dair həyata keçirilən fəaliyyətləri müsbət qiymətləndirdi. O iştirakçılara məlumatların toplanması üzrə mövcud olan İMSMA blankların ANAMA tərəfindən yenidən işlənərək hazırlanan yeni formasını təqdim etdi. ANAMA nümayəndəsi yenilənmiş formanın doldurulmasına müxtəlif tövsiyyələr verməklə iştirakçılara məşğələlər formasında tam geniş izahat verdi.
AzQAC-nın Silahlara Qarşı Mübarizə proqramına məsul şəxs Məmməd Kətanov 2016-cı ilin fəaliyyətlərinə dair hazırlanmış hesabatı iştirakçılara təqdimat şəklində təqdim etdi.
1 gün davam edən nəzərdə tutulan görüş uğurlu və səmərəli başa çatdı.