foto-20

Sumqayıtda gənclər QİÇS – ə Yox dedilər.

01 dekabr 2016-cı il tarixində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər Bölməsinin birgə təşkilatçılığı ilə QİÇS-lə mübarizə mövzusunda marifləndirici tədbir keçirilmişdir. Məqsəd gənclər arasında QİÇS-ə qarşı maarifləndirmə, zərərli vərdişlərdən çəkindirmə, sağlam həyat tərzinin təbliği və bu sahəyə diqqətin artırılmasıdır. Tədbirdə çıxış edənlər Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov və Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Bölməsinin baş təlimatçısı Lamiyə Ağayeva Ümumdünya QİÇS-lə Mübarizə Günü barədə geniş məlumat vermiş, XXI əsrdə bəşəriyyətin qarşılaşdığı ən böyük bəlalardan birinin də bu xəstəlik olduğunu vurğulamışlar. Qeyd olundu ki, ölkəmiz də QİÇS-lə mübarizədə bütün vasitələrdən istifadə edir, təbliğat fəaliyyətini gücləndirir.Könüllü gənclər Abulova Ülviyyə və Məmiyeva Jalə tərəfindən göstərilən foto təqdimatda isə təhlükəli xəstəlik olan QİÇS-in yaranmasından, yayılma səbəblərindən, qorunma yollarından və müalicə profilaktikası üsüllarından danışılmışdır.

Sonda iştirakçılara məlumat xarakterli bukletlər paylanılmışdır.foto-8 foto-22 foto-35 foto-84

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.