15267901_1820595021522293_2321306353961053643_n

1 dekabr QİÇS-ə qarşı Beynəlxalq Mübarizə Günüdür

 BMT-nin xüsusi qərarı ilə 1 dekabr QİÇS-ə qarşı Beynəlxalq Mübarizə Günü elan edilmişdir.   Hazırda QİÇS (ingiliscə AİDS, rusca SPİD) epidemiyası insan həyatı üçün təhlükə törədən bəlaya çevrilib.

        Hər il olduğu kimi “Gənclər Evində” tədbir keçirildi. Tədbirimizdə Səhiyyə Nazirliyinin nəzdində QİÇS-lə mübarizə Mərkəzinin həkimləri, Sabunçu rayon Gənclər və İdman İdarəsi və Respublika Qadınlar Çəmiyyətinin nümayyəndələri iştirak etdilər. Tədbir QİÇS haqqında videçarxın  nümayişilə başlandı. Tədbiri açaraq çıxış edən Az.QAC Sabunçu RB-nin sədri  E.Məlikova  İİV/QİÇS-lə mübarizənin gücləndirilməsi, insanların öz İİV-statusuna dair məlumatlandırılması, biliklərin artırılması, yoluxma hallarının erkən aşkarlanması və profilaktikasının genişləndirilməsi haqqında söylədi. Mövzu ətrafında geniş informasiyanı QİÇS-lə mübarizə Mərkəzinin həkimi Dilşad Maxmudova təqdim etdi. ARQC-nin ali dərəcəli həkimi Hicran Şərifova stiqma və diskriminasiya hallarının qarşısının alınması və  QİÇS-dən qorunmağın yeganə yolu sağlam həyat tərzi keçirmək və təsadüfi adamlarla münasibətlərdə ehtiyatlı olmasını qeyd etdi. Könüllülük əsasında müayinə aksiyası da keçirildi. 30 nəfər testdən keçdi. Gənclərin suallarına cavablar verildı. Sonda bukletlər paylanıldı. Tədbirimizdə peşə liseylərin 120 şagirdi iştirak etdilər. Sonda şıxış edən ARQC-nin sədri Bahar  Qasımova təşəkkürünü bildirdi, yüksək səviyyədə tədbirin keşirilməsini qeyd etdi, və uşaqların bu sahədə maariflənməsinə ehtiyac olmasını vurquladı.img-20161205-wa000115219554_1820595241522271_8355385223819493771_n 15241421_1820595468188915_7587614785991947748_n 15267901_1820595021522293_2321306353961053643_n 15319045_1820595044855624_8865927157351131700_n img-20161130-wa0003

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.