Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyi 19 dekabr 2016-cı il tarixində Hyatt Konfrans və Görüş Mərkəzinin Quba zalında keçirilmiş Beynəlxalq Miqrant günü, BMqT-nin 65-ci ildönümü və BMqT-nin Azərbaycandakı fəaliyyətinin 20 illiyinə və Azərbaycan Respublikasının BMqT-yə üzv olmağının 15-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Dövlət qurumları qeyri-hökümət təşkilatlarının nümayəndələri və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanov, Bakı Regional Mərkəzinin ilk yardım lahiyəsi üzrə koordinatoru Nurgül Hadıyeva, AzQAC-ın Yasamal rayon bölməsinin sədri Şahin Hüseynov, Kəlbəcər rayon bölməsinin sədri Gəncəli Mehdiyev və Laçın rayon bölməsinin sədri Əli Hüseynov iştirak etmişlər.