sam_1118

AİDS-in aradan qaldırılması üçün tədbirlər sürətləndirilməlidir

Hər il olduğu kimi,  AzQAC – in Rayon Bölmələri vasitəsilə əhali arasında “1 Dekabr Ümumdünya AİDS-lə mübarizə Günü” ilə əlaqədar geniş maarifləndirilmə tədbirləri həyata keçirilir. Belə ki, AzQAC-in Suraxanı Rayon Bölməsinin, Yeni Azərbaycan Partiyası və Gənclər və İdman idarəsi ilə birgə təşkil olunmuş tədbirdə Suraxanı rayonunda fəaliyyət göstərən təşkilatlardan nümayyəndələr cəlb olunmuşlar. Tədbirə “Qadın və İnkişaf” Mərkəzi,   “Sağlamlığa Xidmət” İB-in nümayyəndələri də iştirak etmişlər. Tədbirdə  AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova iştirakçılara İİV/QİÇS-lə bağlı dünya üzrə, eləcədə Azərbaycanda olan vəziyyət, müalicə və profilaktik tədbirlərin həyata keçirilməsi barədə geniş məlumatlar təqdim etmşdir. AzQAC-in psixo-sosial dəstək proqramının kordinatoru İsmayıl Atayev isə iştirakçılara İİV/QİÇS-lə yaşayan insanların psixoloji aspektləri barədə məlumatlar təqdim etmişdir. Tədbirdə hər bir kəs üçün mövzu ətrafında geniş müzakirələrə qatılmaq imkanı yaradılmışdır. Sonda, hər bir iştirakçı İİV-ə yoluxan və QİÇS-lə yaşayan insanlara öz mesajlarını vərəqələrə yazıb, İİV/QİÇS-lə mübarizə rəmzi olan qırmızı lent üzərində olan lövhəyə yerləşdirmişlər. 1 Dekabr Ümumdünya AİDS-lə mübarizə Günü” ilə əlaqədar tədbirlər Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda da təşkil olunmuşdur. AzQAC belə maarifləndirici tədbirlərin davamlı şəkildəəyata keçirilməsi nəzərdə tutulur.p1090081 p1090086 p1090124 sam_1058 sam_1093

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.