2012-ci ildən bu günə qədər davam olunan Təhlükəsiz və Möhkəm İcmaların Yaradılması layihəsi Respublikanın İsmayıllı və Qusar rayonlarında müxtəlif mövzularda təlimlərin, tədbirlərin vasitəsilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən həyata keçirilir.
Tədbirlərdən biri bu günlərdə Qızıl Aypara Cəmiyyətinin Gənclər və Könüllər və Fövqəladə Hallara Hazırlıq və Cavab Vermə şəbələrinin təşkilatçılığı ilə İsmayıllı rayonunun Zərnava kəndinin orta məktəbində 150 nəfər müəllim heyyəti və şagirdlərin iştirakı ilə həyata keçirilmiş tədbirini misal gətirmək olar.
Məqsəd layihəyənın əhali arasında yayımı, yeniyetmələr və gənclərin layihəyə cəlb olunması, fövqəladə hallara hazırlıqlıq məqsədilə müvafiq bilik və bacarıqların aşılanmasıdır.
Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni ilin gəlişi ilə əlaqədar Qızıl Aypara Cəmiyyəti, Fövqəladə Hallar, Mədəniyyət və Turizm Nazirliyləri və digər hökümət və qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirakçıları təbrik etdilər. Eyni zamanda mövzunun mahiyyətinə uyğun olaraq qeyd edildi ki, yeni ildə adətən müxtəlif partlayış və yanan maddələrindən istifadə edildiyinə görə tez tez yanğnlar baş verir, bu təhlükə yarada bilər. Bununla əlaqədar olaraq Fövqəladı Hallar Nazirliyinin nümayəndəsi tərəfindən nitq söylənildi, məişət şəraitində baş vermiş yanğınlar, təhlükəsizlik nöqteyi nəzərdən yanğının yayılmasının qarşısının alınması üçün ətrafın təmizlənməsi, təhlükəslik qaydalarına riayyət olunması qeyd olundu və video çarx nümayiş etdirildi.
Təbdbirin daha maraqlı keçməsi üçün təşkilatçılar və məktəblilər tərəfindən müxtəlif çıxışlar, nümayişlər, uşaqların üzlərində rəsmlərin çəkilməsi, yuxarıda qeydolunan mövzuları rəhbər tutaraq viktorinalar aparılmışdır. Yeni İl bayramı ilə bağlı şaxta baba və qar qızının gəlişləri də təşkil edilmişdir.
40 nəfər imkansız ailələrdən 1-6 cı sinif şagirdlərinə şam ağacı, rəngli iluminasiya və şirniyyatlardan ibarət bayram sovqatları təqdim olunmuşdur. Viktorinada qalib gələn 10 nəfər iştirak edən ən fəal şagirdlər ayrıca mükafatlandırılmışdır.
Sonda İcra Hakimiyyəti və Bələdiyyə nümayəndələri, məktəbin müəllim heyyəti, valideynlər və şagirdlər bu möhtəşəm tədbirin ərsəyə gəlməsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərliyinə, əməkdaşlarına və könüllülərinə öz təşəkkürlərini bildirmişlər.