20161230_103151

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov əməkdaşları təbrik etdi

AzQAC-ın Baş ofisində Milli Cəmiyyətin prezidentinin sədrliyi ilə baş tutan iclasda 2016-cı ilin yekunlarına dair müzakirələr aparıldı. İclasın gündəliyində Milli Cəmiyyətin Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi, İcraçı Katibin hesabatı, hesabat-seçki yığıncaq və konfranslarının təsdiqi və cari məsələlər öz əksini tapmışdı.

İclasın sonunda aparılan müzakirələrdən sonra müvafiq qərarlar qəbul edildi.

Daha sonra Azərbaycan Qızıl Aypara Cəmiyyətinnin prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanov ənənəvi olaraq, bu il də Cəmiyyətimizin kollektivini “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və Yeni İl münasibətilə təbrik etdi. 2016-cı ildə əldə edilən uğurlardan və gələcək planlardan geniş söhbət açdı.

Həmçinin, AzQAC-ın Bakı regional mərkəzin koordinatorunun müavini, Cəmiyyətin veteranı Ofelya Sadıqova və İnformasiya şöbəsinin asistenti  Nərmin Sadıqova ad günləri münasibətilə təbrik edildilər. Onlara gül dəstələri təqdim edilmişdir.20161230_103227 20161230_105925 20161230_105939 20161230_110051 20161230_110206

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.