IMG_7341

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Vərəm əleyhinə fəaliyyəti davam edilir

2013-cü ildən Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qlobal Fondun İİV/QİÇS, Vərəm və Malyariya ilə mübarizəyə dair Ölkə Əlaqələndirici Komissiyasında Vərəm üzrə Qeyri Hökümət Təşkilatlardan ibarət işçi qrupuna daxildir. Bu təşkilatlar  Vərəm əleyhinə Azərbaycan Koalisiyasının yaradılması təşəbbüsünü irəli sürərək,  müxtəlif fəaliyyətləri həyata keçirir. Eyni zamanda Vərəm əleyhinə Azərbaycan Koalisiyası  Vərəmlə mübarizə Avropa Koalisiyasına daxildir.

2017-ci il yanvar ayının 27-28 tarixində Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə vərəmlə mübarizə (TB-REP) layihəsi çərçivəsində “Sağlamlığa Xidmət” İctimai Birliyi və “YES Event Management” MMC təşkilatları tərəfindənVərəmlə mübarizədə ictimai vəkillik” mövzusunda  təlim təşkil olmuşdur. AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova və Miqrasiya şöbəsinin mütəxəssisi Sona Hacıyeva adı çəkilən təlimdə iştirak etmişlər. Təlimin məqsədi vərəmlə mübarizə üzrə Azərbaycan Koalisiyasının (TBAZC) və digər vətəndaş cəmiyyətin üzvülərinin bir araya gələrək, Azərbaycanda vərəmlə əlaqəli tibb xidmətlərinin ambulator modelinə keçidilə bağlı mövcud maneə və ehtiyacların aradan qaldırılmasına  və qərar qəbul edən şəxslər tərəfindən vərəm siyasətində zəruri dəyişiklərin aparılmasına nail olmaq  üçün  təlim iştirakçılarının bilik və bacarıqlarının artırılmasına kömək  etməkidir. Təlimdə vərəm və dərmana davamlı vərəm əleyhinə fəaliyyətdə QHT-lər və vərəm xəstə qrupları arasında koordinasiyanın gücləndirilməsi, koalisiyasının üzv təşkilatlarına milli ictimai vəkillik strategiyasının inkişafında yardımçı olmaq, vərəm əleyhinə fəaliyyətdə olan milli və beynəlxalq təşkilatlar və qurumlar haqqında geniş məlumatlar çatdırılmışdır. Mövzu ətrafında iştirakçıların qrup müzakirələrinə və təqdimatlara xüsusi yer ayrılmışdı.

Təlim zamanı “Qlobal Vərəm Kokus”-un regional koordinatoru Tsira Chakhaia tərəfindən Ggürcüstandan onlayn təqdimat keçirilmişdi.Təlimin sonunda ictimai vəkilliyin inkişaf etdirilməsi üçün Vərəm üzrə Azərbaycan QHT Koalisiyasının işinin daha da gücləndirilməsinə qərar verildi. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdu.IMG_7943

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.