AzQAC ”Azərbaycanda könüllü qan donorluğunun inkişafı” layihəsi çərçivəsində həyata keçirilən əhali arasında könüllü, mütəmadi qan donorluğunun təbliğatı ilə yanaşı, keçmiş Sovet İttifaqı dövrdə mütəmadi qan verən insanlarla görüşlər təşkil olunaraq, onlara diqqət və qayğı göstərilir.
Belə ki, Yanvar ayının 31-də Qızıl Xac/Aypara Hərəkatının fəal üzvü və uzun illər ərzində mütəmadi qan verib, həyatları xilas edən Tahirə xanım Əkbərovanın 80 iliyi ilə əlaqədar AzQAC-in Nəsimi Rayon Bölməsinin təşkilatçılığı ilə, “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova, Miqrasiya şöbəsinin mütəxəssisi Sona Hacıyeva və mütəmadi qan donoru olan Lamara Axundova Tahirə xanıma baş çəkib, təbrik etmişlər.
Bu fədakar Qızıl Xac/Aypara Hərəkatına daim sadiq olan xanımın, gənc yaşında qan verib, yüzlərlə insanın həyatını xilas etmişdir. Buna görə tahirə xanım yüksək mükafatlara, “Piroqov Medalı”, Fəxri Fərmanlar və nişanlara layiq görülmüşdür. Səmimi, xoş əhval-ruhiyyə şəraitdə keçən bu görüşdə, Qızıl Xac/Aypara Hərəkatına dair Tahirə xanımın həyata keçirdiyi humanitar fəaliyyətlərinin saysız hesabsız olduğu, eləcədə qan donorluğu fəaliyyətlərdə onun yüksək təcrübəyə malik olduğu, bu sahədə olan uğurları barəsində bir daha fərəhlə yada salındı. Tahirə xanım AzQAC-nin prezidenti , millət-vəkili Novruz Aslanova və onun rəhbərlik etdiyi Cəmiyyətin bütün əməkdaşlarına dərin minnətdarlığını bildirdi.