Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər və Könüllülər şöbəsinin 2016-2020-ci il strateji planının əsas məqsədi Gənclər və Könüllülərin idarəetmə sisteminin inkişaf etdirilməsi və bununla da sosial cəhətdən zəif müdafiə olunan və qayğıya ehtiyacı olan əhaliyə könüllü xidmətin səmərəliyinin artırılmasından ibarətdir.
Bununla əlaqədar olaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər Komitəsi, Gənclər və könüllülər, Miqrasiya, Sağlamlıq şöbələri və Sabuncu rayon bölməsinin birgə təşkilatçılığı ilə Gənclər arasinda görüş kecirildi..
Görüş 9 fevral tarixində Sabuncu rayonunda yerləşən 94 saylı orta məktəbdə baş tutdu.
Tədbiri giriş sözü ilə Cəmiyyətin İcraçı Katibinin müavini, Gənclər və Könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərova açıq elan edərək bu günün mahiyyətindən söhbət açmışdır.
Tədbirin mahiyyəti Azərbaycanda kecirilən İslam həmrəylik oyunlarında gənclərin və könüllülərin rolu haqqında müzakirələrin aparılması idi. Belə ki, tədbir zamanı Gənclər qruplara ayrılaraq qruplarda mövzu haqqında öz fikirlərini müzakirə edərək təqdimatlar etmiş və onları maraqlandıran suallar cavablandırılmışdır.
Sonda tədbirdə iştirak edən müəllimlər və şagirdlər tədbirin ərsəyə gəlməsində Qızıl Aypara Cəmiyyətinin rəhbərliyinə, əməkdaşlarına və könüllülərinə keçirdikləri tədbir üçün öz təşəkkürlərini bildirdilər. Biz də Cəmiyyət olaraq tədbirdə əməyi keçən hər bir kəsə öz təşəkkürümüzü bildiririk.