Bakıda məskunlaşan müxtəlif ölkələrdən olan (Əfqanistan, Pakistan, İraq, Suriya Ukrayna və s.) olan miqrantlara Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə azərbaycan dili kursları həyata keçirilir.
AzQAC tərəfindən bu kurslara cəlb olunan, onları davam etdirən miqrantlarla mütəmadi olaraq silsilə humanitar, tibbi-sosial yönümlü fəaliyyətləri həyata keçirir. Bununla yanaşı AzQAC-in nümayyəndələri miqrantlara müxtəlif mövzulara (Beynəlxalq Qızıl Xaç Qızıl Aypara Hərəkatının yayımı, Sağlamlıq, Humanitar, Axtarış, Gənclər və könüllülər və s.) dair seminarlar təşkil olunur. Belə növbəti seminar fevral ayının 13-də, UNCHR “Qadın və gənclər” Mərkəzində baş tutmuşdur. AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova BQXQA Hərəkatı, AzQAC-in müxtəlif sahələrdə, xüsusilə sağlamlığa dair fəaliyyətləri barədə geniş məlumatları görüşdə iştirak edən 30 nəfər qadın və gənc miqrantlara təqdim etmişdir.
Seminarın praktiki hissəsində iştirakçılar 7 kiçik qruplar yaradaraq, Beynəlxalq Qızıl Xaç/Aypara Hərəkatının prinsiplərinə dair tapşırıqları yaradıcı bacarıqlarını istifadə edərək, böyük həvəslə yerinə yetirmişlər. Bu işdə onlara AzQAC-in miqrasiya şöbəsinin mütəxəssisi, azərbaycan dili müəllimi Sona Hacıyeva məsləhətlər vermişdir. Hər qrup öz tapşırıqlarını nümayiş etmişdir. Qrup üzvlərinin məharətlə hər prinsipin mahiyyətinin nümayişi iştirakçılar tərəfindən bəyənilib, xoş qarşılanmışdır. Bu kimi seminarların il boyu davamı nəzərdə tutulub.