Tədbirdə Səbail rayon İcra hakimiyyətinin, Qızıl Aypara Cəmiyyəti Səbail rayon bölməsi , Polis İdarəsinin nümayəndələri, 160 saylı məktəbin direktoru, X-XI sinif şagirdləri və könüllülər iştirak edirdilər.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Səbail rayon bölməsinin sədri Adilə Yaqubova mövzular haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, hal-hazırda ölkəmizdə insan alverinə qarşı mübarizə və insan alveri qurbanları ilə işlər yüksək səviyyədə qurulub və bu sahədə çox ciddi qanunvericilik bazası var. Cəmiyyətdə bu məsələ ilə bağlı kifayət qədər məlumatın olması və insan alverinə qarşı mübarizədə dövlət və cəmiyyətin birgə fəaliyyəti çox vacibdir. Onu da qeyd etdi ki, belə problemlərlə qarşılaşdığınız halda hazırlıqlı olmaq lazımdır. Şagirdlərə bukletlər paylanıldı və video çarxlar göstərildi.
Səbail rayon Polis İdarəsinin rəis müavini polkovnik-leytenant A.Hüseynov İnsan alverinə çevrilməyək və narkomaniyanın yolxucu xəstəlik kimi yayılmaqda olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı.
Müstəqil Azərbaycanın şagirdləri, gələcəyin tələbələri, sağlam olmaq naminə narkotika yox deməyə cəsarətli olaq və insan alverinə yol verməyək.