IMG-20170215-WA0006

AzQAC-nin qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyəti davam edir

Artıq globallaşan dünyada ən aktual mövqedə duran məsələlərdən biri dünyada gedən qarışıq siyasi hadisələrin fonunda get-gedə artan miqrasiya hərəkatı hər bir ölkədə olduğu kimi, Azərbaycanda da miqrasiya  diqqət mərkəzindədir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) ölkədə yaşayan xarici məcburi köçkün və əmək miqrantlarının ehtiyaclarını, onların yaşayış imkanlarını qiymətləndirmək  məqsədilə mütəmadi olaraq onlarla görüşüb qayğı göstərməsi  bir ən-ənə halını almışdır. Cəmiyyət tərəfindən təmənnasız olaraq təşkil olunmuş Azərbaycan dili kursunun miqrant müdavimləri bu fəaliyyətin əsas hədəf obyektidirlər.

Bu günlərdə AzQAC-nin Fondların Artırılması şöbəsinin əməkdaşı Soltan Məmmədov və Miqrasiya şöbəsinin əməkdaşları iki övlad sahibi, tənha miqrant qadın Husseyni Nəfisə və digər bir imkansız ailə ilə görüşüb və onların oğlu Hamid və Nihada Benetton mağazalar şəbəkəsinin hədiyyəsi olan qış gödəkçələri təqdim etdilər. Soyuq və qarlı qış günündə bu isti gödəkçələr onların sevincinə səbəb oldu. Hər iki valideyn təşəbbüskarlara təşəkkür etdilər.

“Miqrasiya nədir” və “Qanunsuz müqrasiya  və insan alveri ilə mübarizə” mövzusunda AzQAC-ın Miqrasiya şöbəsinin Beynəlxalq Miqrasiya Təşkilatı və yerli Aypara cəmiyyətləri ilə əməkdaşlıqda ümumtəhsil məktəblərində və ali məktəblərin tələbə kontingenti üçün şöbə müdiri Məmməd Kətanovun yaxından iştirakı ilə apardığı seminar və təlimlər çox geniş vüsətlə davam edir. Bununla bağlı olaraq  miqrasiya şöbəsinin müəllimi Sona Hacıyeva Azərbaycan Uşaq və Gənclər mərkəzinin Sülh şəbəkəsi nəzdində fəaliyyət göstərən “Liderlik” məktəbinin rəhbərliyi tərəfindən məktəbə dəvət  edildi. O,  məktəbin müdavimlərinə “Miqrasiya və Miqrantların cəmiyyətə inteqrasiyasında Azərbaycan Qizil Aypara Cəmiyyətinin gördüyü işlər” mövzusunda maraqlı təqdimatla çıxış etdi və Cəmiyyətin etdiyi yardımlardan, təşkil etdiyi tədbirlərdən və miqrantlara Cəmiyyətin açdığı və artıq 4 ilə yaxın fəaliyyət göstərən Azərbaycan dili kursundan söhbət etdi. Müəllimə məktəbin müdavimlərini  Azərbaycan məktəblərində təhsil alan öz miqrant yaşıdları ilə görüşlər təşkil etməyə, onlara dərslərdəki çətinliklərində kömək etməyə çağırdı.

Tədbirdə Ombudsman Aparatının Qaçqın, məcburi köçkün və miqrantların hüquqlarının müdafiəsi sektorunun müdiriTuran Cahangirova və Azərbaycan Uşaq və Gənclər mərkəzinin Sülh şəbəkəsinin vitse prezidenti, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın katibi Kənan Bağırov da iştirak edirdi.

Təqdimat iştirakçılar tərəfindən çox maraqla qarşılandı və müəllimə şagirdlərin çox saylı suallarını həvəslə cavablandırdı və növbəti görüşlərin birinə miqrant uşaq və gəncləri də dəvət edəcəyini bildirdi.IMG-20170215-WA0004 IMG-20170215-WA0014 IMG-20170216-WA0002

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.