24.02.2017-ci il tarixində Nizami RB həmişə olduğu kimi yenə də aztəminatlı ailələri sevindirdi.Nizami RB sərdi Rəna İbrahimova Nizami,Binəqədi,Xətai,Sabunçu,Xəzər rayon bölmələrinin qeydiyyatında olan 80 nəfər tənha insanlar,aztəminatlı ailələrlə görüşüb onların gündəlik qayğıları ilə maraqlanıb, problemlərinin həllində imkan daxilində yardımçı olacağını tədbir iştirakçılarının nəzərinə çatdırdı.Sonda onlara ərzaq bağlamaları paylanıldı.Görüşdə iştirak edən insanlar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin kollektivinə öz minnətdarlıqlarını bildiriblər.