AzQAC regional mərkəzləri və rayon bölmələri vasitəsilə Azərbaycan Respiblikası Səhiyyə, Təhsil Nazirliklərinə dəstək verici rol oynayaraq, təhsil və tibb müəssisələrdə geniş səhiyyə maarifi işini həyata keçirilir. Buraya, təhsil ocaqlarında sağlamlıqla bağlı təlim və seminarların keçirilməsi daxildir. Belə ki, fevral ayının 28-də AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində 2 saylı Baza Tibb Kollecində tibb bacısı ixtisası üzrə təhsil alan tələbələrə ölkədə həyata keçirilən fəaliyyət istiqamətləri, dövlət qurumlarla əməkdaşlığı barədə geniş məlumatlar proqramın kordinatoru M.Qaraxanova tərəfindən təqdim edilmişdir. Bununla yanaşı AzQAC missiyası, Beynəlxalq Qızıl Xaç/Aypara Hərəkatın yaranma tarixi, fundamental prinsiplərinə dair məlumatları tələbələrə çatdırmışdır. AzQAC-n həyata keçirdiyi İcmaya əsaslanan sağlamlıqla bağlı, əhali arasında AİDS, Narkomaniya, Vərəm kimi xəstəliklərlə mübarizə, Sağlam Həyat Tərzi, qan donorluğu, İlk Yardım sahəsində maarifləndirmə və s. fəaliyyətlərdə tibb bacılarının cəlb olunması və iştirakının əhəmiyyətli olması vurğulanmışdır. Seminardan sonra bir neçə tələbə AzQAC könüllü olmaq arzusunu bildirmişdir.