Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər və Könüllülər şöbəsinin 2016-2020-ci il strateji planının əsas məqsədi Gənclər və Könüllülərin idarəetmə sisteminin inkişaf etdirilməsi və bununla da sosial cəhətdən zəif müdafiə olunan və qayğıya ehtiyacı olan əhaliyə könüllü xidmətin səmərəliyinin artırılmasından ibarətdir. Belə ki, Qərb və Xəzər Universitetlərində təhsil alan bir qrup tələbə təcrübə keçmək üçün Azərbaycan Qızıl Aypara Cəmiyyətindədirlər. Onlar təcrübə zamanı Qızıl Xaç\Qızıl Aypara Hərəkatının fəaliyyətləri, liderlik, planlaşdırma, humanitar yardım, sağlamlıq və s.təlimlər keçmişdirlər.
Məqsədimiz təlimatlandırılmış gənclərin və könüllülərin öyrəndikləri biliklərini göstərməklə sosial cəhətdən zəif müdafiə olunan insanlara yardım etməkdən ibarətdir. AzQAC-ın Gənclər Komitəsi, Gənclər və Könüllülər şöbəsi, Humanitar yardım şöbəsi və Yayım sektorunun təşkilatçılığı ilə tələbələrə pilot layihələrin yazılması öyrədildi. Layihəni Gənclər yazarkən ərzaqların, uşaqlar ücün oyuncaqların, paltarların alınması öz təşəbbüsləri tərəfindən evlərdə yaşayan imkansız ailələrə humanitar yardımların verilməsi idi. Bu humanitar yardımlar Nəsimi RB qeydiyatında olan ailələrə Gənclər və könüllülər, humanitar yardım şöbələri Nəsimi RB və tələbələr tərəfindən bir-bir evlərə gedərək yardım etmişdirlər.