20170306_143956

Azərbaycanda səhiyyə sahəsində Beynəlxalq Proqramlarda iştirak edən QHT-n növbəti görüşü keçirildi

2004 cü ildə Nazirlər Kabineti tərəfindən Azərbaycanda  İİV/QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Ölkə Əlaqələndirmə Komissiyası yaradılmışdır. Bu quruma ölkədə səhiyyə ilə bağlı Beynəlxalq Proqramlarını həyata keçirən QHT-lər daxildir və  Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən kordinasiya edilir.  2013-cü AzQAC ildən  bu komissiyanın üzvüdür.   AzQAC-in   “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova və miqrasiya şöbəsinin əməkdaşı, vərəm sahəsində geniş təcrübəyə malik olan mütəxəssis  Sona Hacıyeva Cəmiyyəti bu qurumda təmsil edirlər. Bununla yanaşı 2010 cu ildən AzQAC Vərəm üzrə Qeyri Hökümət Təşkilatlardan ibarət işçi qrupun, 2016-cı ildən Azərbaycan Vərəmlə mübarizə Koalisiyanın  üzvüdür. AzQAC-nin   ölkədə  vərəmlə mübarizəyə cəlb olunması, onun Beynəlxalq Qızıl Xaç/Aypara Cəmiyyətləri Federasiyasının Sağlamlıq strategiyasını rəhbər tutaraq, vərəmlə mübarizə sahədə geniş fəaliyyətlərinin həyata keçirilməsindən irəli gəlir.

Belə ki, mart ayının 6-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Azərbaycanda Səhiyyə sahəsində Beynəlxalq Proqramlarda iştirak edən QHT-n növbəti görüşü keçirilmişdir. AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova  son illər ərzində vərəm sahəsində həyata keçirilən fəaliyyətlər barədə təqdimatla çıxış etmişdir. Təqdimatda AzQAC-n Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə, eləcə də, Az.Respublikası Səhiyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində vərəmlə mübarizəyə dair həyata keçirilən layihələr barədə xüsusi vurğulanmışdır. AzQAC-in “İcmaya əsalanan sağlamlıq” proqramı ilə yanaşı, ölkədə digər sahələr (Fövqəladə hallara hazırlıq və cavabvermə, Axtarış, Miqrasiya və d.) üzrə  həyata keçirilən layihələr, fəaliyyətlər haqqında da məlumatlar təqdim olunmuşdur.20170306_143944

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.