AzQAC-ın prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanov Milli Cəmiyyətin kollektivini qarşıdan gələn “Novruz Bayramı” münasibətilə təbrik etdi. O, humanitar missiyanı ölkə ərazisində həyata keçirən Qızıl Aypara kollektivinə bayram münasibətilə möhkəm can sağlığı, uzun ömür və gələcək işlərdə uğurlar arzuladı.
Azərbyacan Qızıl Aypara Cəmiyyətinin kollektivi də öz növbəsində cənab Novruz Aslanovu həm “Novruz Bayramı”, həm də doğum günü münasibətilə təbrik etdilər və ona xoş arzularını bildirlər.