2017-ci ilin aprel ayının 20- də Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Baş Gərargahında Cəmiyyətin katibliyinin əməkdaşları üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Silahlara Qarşı Mübarizə Proqramının mütəxəssisi tərəfindən seminar keçrildi. Mövzuya dair BQXK-sinin əməkdaşları tərəfindən Silahlara Qarşı Mübarizə Proqramının mütəxəssisi Leyla Susiç və proqram üzrə məsul şəxs Rövşən Hümbətov, BQXK-nin əməkdaşlıq üzrə nümayəndə heyyəti Regina Szüadzska, Rasim Əlləzov, Lyudmila Şepelova müvafiq dəstək göstərildi.
Seminarın məqsədi AzQAC Baş Qərargahın əməkdaşlarını Silahlara Qarşı Mübarizə Proqramının mahiyyəti ilə tanış etmək və son vaxtlar Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ətraf bölgələrində baş verən hadisələrlə və yaranmış gərginliklə bağlı problemləri nəzərə alaraq silahlı münaqişə zamanı cəmiyyətin əməkdaşları, könüllüləri tərəfindən və əhalinin nə etməli olduğu haqqında məlumatlar vermək idi.
Eyni zamanda fürsətdən istifadı edirək iştirakçılara Leyla Susiç tərəfindən 11-14 aprel 2017-ci il tarixlərində Goranboy rayonu Tapqaraqoyunlu kənd orta məktəbində müəllim və şagird kontingentinə təqdim etdiyi seminarlar haqqında məlumat verildi. Silahlara Qarşı Mübarizə Proqramının Koordinatoru Məmməd Kətanov əməkdaşlarla 11-14 aprel 2017-ci il tarixlərində keçrilmiş təlimdən təəssuratlarını bölüşdü və seminarların böyük əhəmiyyətini qeyd edərək bu mühüm işin digər bölgələrdə keçiriləcəyinin vacib olduğunu bildirdi.
Iştirakçılar seminar boyu təqdimatçıya suallarla müraciət edərək öz fikirlərini bildirdilər. Mövzulardakı məlumatlar günün tələbləri ilə uyğunluq təşkil edirdi və əməkdaşlar tərəfindən çox razılıqla qarşılandı.
İcraçı Katibin müavini Səbinə Məhbubi İran Cəmiyyət rəhbərliyi adından bu məhsuldar iş üçün BQXK rəhbərliyinə, əməkdaşlıq üzrə nümayəndə heyyəti, o cümlədən Leyla Susiçə təşəkkür etdi və gələcəkdə də bu işin davamlı olacağına ümid bəslədiyini bildirdi.