DSC_2219

Aztəminatlı ailələr tibbi müayinə olundular

 

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsində tənha insanlar,aztəminatlı ailələr tibbi müayinə olundular.

18 aprel 2017-ci il tarixində AzQAC Pirallahi rayon bölməsində Azercell Mobil Göz Klinikası və “Xəzər Qayğıkeşlik Layihəsi” Humanitar İctimai Birliyin həkim kollektivi bölmənin qeydiyyatında olan 35 nəfər tənha qoca,aztəminatlı ailələrin təmənnasız qəbul edib gözlərini müayinə ediblər.Onlara gözlərindəki problemlərlə bağlı diaqnozlarını təyin edib,lazımlı məsləhətlər verib,müalicə yazıb,ehtiyacı olanlara eynəklər hədiyyə edildi.Müayinə olunan insanlar onlara göstərilən bu qayğıya,mehriban münasibətə görə həkim kollektivinə və Pirallahı rayon bölməsinin sədri Təranə xanıma öz minnətdarlıqlarını bildiriblər.Klinikanın nümayəndələri də keçirilən aksiyadan məmnun qaldıqlarını bildirib,əməkdaşlıq edib gələcəkdə də belə tədbirlərin davamlı olmağını arzuladılar.Sözü gedən rayon bölmə sədri də  tədbir iştirakçılarına Azərbaycan Qızıl Aypara Cəmiyyəti adından təşəkkür etdi. DSC_2168 DSC_2171 DSC_2210 DSC_2219 DSC_2227

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.