2017-ci il Azərbaycan Respublikası Təhsil nazirliyinin qərarı ilə orta və ali təhsil müəssisələrində gənclər və yeniyetmələr arasında “Sağlam həyat tərzi”in təbliğatına dair geniş maarifləndirici tədbirlərin həyata keçirilməsi tövsiyyə olunur. Bununla bağlı və AzQAC –in və Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında imzalanmış memoranduma əsasən, Cəmiyyətin mütəxəssisləri və könüllüləri ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində Sağlam həyat tərzi, AİDS, narkomaniya və s. mövzulara dair həyata keçirilən tədbirlərə cəlb olunur və geniş maarifləndirici seminarları təşkil edirlər. Belə ki, aprel ayının 27-də Bakı Xoreoqrafiya Məktəbində “Narkomaniyaya Yox!” mövzusuna həsr edilən maarifləndirici tədbir təşkil olunmuşdur. AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova və könüllü həkim Samirə Mehtiyeva narkomaniyanın gənclər və yeniyetmələr arasında yayılması. tibbi, psixoloji və sosial, hüquq-mühafizə və dünya alimlərinin narkotiklərlə mübarizə təcrübələrindən məqamları barədə geniş məlumatlar təqdim etmişlər. Bununla yanaşı, tədbirdə mövzu ilə bağlı məktəbin müəllim və şagirdləri geniş proqramla çıxış etmişlər. Sonda narkotiklərin zərəri haqqında Bununla yanaşı iştirakçılara film nümayiş olundu və Azərbaycan Respublikası İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanan bukletlər paylanıldı.