Azərbaycanda Vərəmlə Mübarizə üzrə yaradılan QHT-ın TB-REP Koalisiyası (“Sağlamlığa xidmət, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, “Hayat” Beynəlxalq Humanitar Təşkilatı, Azərbaycan pulmonoloqlar və ftiziatrlar Assosiasiyası və d.) bu xəstəliyin qarşısının alınmasında Milli Vərəm Proqramına bir vətəndaş cəmiyyəti kimi öz dəstəyini göstərməyə davam etməkdədir.
Belə ki, 24 iyun tarixində Müqəddəs Ramazan bayramı ilə əlaqədar TB-REP koalisiyanın üzvlərinin (AzQAC, Sabunçu Rayon Bölməsi, Xəzər rayonu Qadınlar Cəmiyyətin dəstəyi və iştirakı ilə Mərdəkan qəsəbəsində yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 9 saylı xüsusiləşdirilmiş Ağ Ciyər Xəstəlikləri üzrə xəstəxanada müalicə olunan xəstələr və tibb işçilərilə görüş keçirilmişdir. Görüş zamanı Koalisiyanın üzvləri xəstələrə dəstək verici çıxışlar edərək, bir daha vərəmin bütün acılı və ağrılı təsirini özlərində daşıyan, həyat naminə mübarizə edən insanlara dəstəyin olmasının çox vacib olduğu barədə qeyd etdilər və xəstələrə tez bir zamanda sağalmasını arzulamışlar. 15 nəfər xəstə və tibb işçilərinə bayram bağlamaları təqdim edildi. Sonda xəstələr onlara baş çəkib yada saldıqları üçün koalisiya üzvlərinə, ümumilikdə onlara xəstəxanada göstərdiyi xidmətə görə tibb işçilərinə də minnətdarlıqlarını bildirmişlər. Xəstə : “Bizi də yada salan var ”, deyə təşəkkür etmişdir.
Çox ağır gedişli olan vərəmin ağır formaları ilə -MDR-TB, XDR-TB xəstələri tək bayramlarda deyil, mütəmadi psixo-sosial, humanitar dəstəyə ehtiyac duyurlar. Bununla bağlı, hər bir insan, (istər fərdi, istər sə təşkilatlar) xəstə və onların ailə üzvləri və xidmət (qulluq) edən tibb bacılarına belə dəstəyin təşkil olunmasında mütəmadi və daha geniş şəkildə həyata keçirilməsində fəal olmalıdır.