P1090891

Vərəmli xəstələrə Müqəddəs Ramazan Bayramı ilə əlaqədar baş çəkildi

Azərbaycanda Vərəmlə Mübarizə üzrə yaradılan QHT-ın TB-REP Koalisiyası (“Sağlamlığa xidmət, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, “Hayat” Beynəlxalq Humanitar Təşkilatı, Azərbaycan pulmonoloqlar və ftiziatrlar Assosiasiyası və d.) bu xəstəliyin qarşısının alınmasında Milli Vərəm Proqramına bir vətəndaş cəmiyyəti kimi öz dəstəyini göstərməyə davam etməkdədir.

Belə ki, 24 iyun  tarixində  Müqəddəs Ramazan bayramı ilə əlaqədar  TB-REP koalisiyanın üzvlərinin   (AzQAC, Sabunçu Rayon Bölməsi, Xəzər rayonu Qadınlar Cəmiyyətin dəstəyi və iştirakı ilə Mərdəkan qəsəbəsində yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 9 saylı xüsusiləşdirilmiş Ağ Ciyər Xəstəlikləri üzrə xəstəxanada  müalicə olunan xəstələr və tibb işçilərilə görüş keçirilmişdir. Görüş zamanı Koalisiyanın üzvləri  xəstələrə  dəstək verici çıxışlar edərək, bir daha vərəmin bütün acılı və ağrılı təsirini özlərində daşıyan, həyat naminə  mübarizə edən insanlara dəstəyin olmasının  çox vacib olduğu barədə qeyd etdilər  və xəstələrə tez bir zamanda sağalmasını arzulamışlar. 15 nəfər xəstə və tibb işçilərinə bayram bağlamaları təqdim edildi. Sonda xəstələr onlara baş çəkib yada saldıqları üçün koalisiya üzvlərinə, ümumilikdə onlara xəstəxanada göstərdiyi xidmətə görə  tibb işçilərinə də minnətdarlıqlarını bildirmişlər. Xəstə :  “Bizi də yada salan var ”, deyə təşəkkür  etmişdir.

Çox ağır gedişli olan vərəmin ağır formaları ilə -MDR-TB, XDR-TB xəstələri tək bayramlarda deyil, mütəmadi psixo-sosial, humanitar dəstəyə ehtiyac duyurlar. Bununla bağlı, hər bir insan, (istər fərdi, istər sə təşkilatlar) xəstə və onların ailə üzvləri və xidmət (qulluq) edən tibb bacılarına belə  dəstəyin təşkil olunmasında  mütəmadi və daha geniş şəkildə həyata keçirilməsində fəal olmalıdır.P1090886

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.