P1090905

Miqrantlara sağlam həyat tərzinə dair seminar keçirildi

 

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində həyata keçirilən fəaliyyətlərdə  “Sağlam Həyat Tərzi”nin təbliğinə  önəmli yer ayrılır.

Belə ki, iyul ayının 13-də AzQAC-in miqrasiya şöbəsinin fəaliyyəti çərçivəsində azərbaycan dili kurslara cəlb olunan uşaq və yeniyetmələrə  “Sağlam həyat tərzi” mövzusunda seminar keçirilmişdir. Azərbaycan dilini öyrənən uşaq və yeniyetmələrə AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova tərəfindən sağlam həyat tərzinin anlayışı, oraya daxil olan mövzular izah edilmiş, sağlamlığa təsirlər barədə məlumatları azərbaycan dilində çatdırılması onlar üçün bir təcrübəidi. Bununla yanaşı, seminarda iştirak edən  uşaqları nəzərə alaraq, movzu ilə bağlı məlumatlar müxtəlif  oyunlar və digər hərəkətli tapşırıqlar vasitəsilə  izah edilmişdir. Uşaqlar həvəslə bütün tapşırıqları yerinə yetirirdilər. Miqrantlara sağlamlıqla bağlı digər  mövzulara həsr edilən seminarlar keçirilməsi nəzərdə tutulur.  Seminarda miqrasiya şöbəsinin əməkdaşı, azərbaycan dili kursunun müəllimi  Sona Hacıyeva iştirak etmişdir.
P1090899 P1090917

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.