20170622_162412

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları miqrant efqan ailəsinə baş çəkdilər

Azərbaycan  Qızıl Aypara  Cəmiyyəti  ölkədə yaşayan xarici məcburi köçkün və əmək miqrantlarının ehtiyaclarını, onların yaşayış imkanlarını qiymətləndirmək ,  mütəmadi olaraq onlarla  görüşüb sorğular aparır və humanitar yardımlar edir. Bu fəaliyyətin əsas hədəf obyektiləri isə Cəmiyyət tərəfindən təmənnasız olaraq təşkil olunmuş Azərbaycan dili kursunun miqrant müdavimləridir.

2017 ci il iyul ayında Miqrasiya şöbəsinin əməkdaşı Sona Hacıyeva , İcmaya əsaslanan   Sağlamlıq və qayğı layihələrinin koordinatoru Mətanət Qaraxanova və AzQAC-nin digər əməkdaşları ilə xəstəsi və ehtiyacı olan, 7 nəfərlik bir əfqan ailəsinə evində baş çəkmişlər.Onu qeyd edək ki, belə görüşlər bu ayparaçılar və könüllülər tərəfindən artıq  bir ənənə halına çevrilmişdir.Milli Cəmiyyət tərəfindən təşkil edilmiş ərzaq bağlaması  ilə  Adli ailəsini sevindirən ayparaçılar onların problemlərinə azacıq da olsa dəstək olaraq onların sıxıntılarına şərik olmuşlar.

Miqrant ailəsi bu görüşdən çox məmnun qaldı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinə onlara göstərdiyi bu diqqət və qayğıya görə təşəkkürlər etdilər.20170620_125823 20170622_155638 20170706_221320

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.