Avqust ayının 17-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü, Azərbaycan və Dağıstan Respublikalarının xalq artisti, “Şöhrət və şərəf ” ordenli İlhamə Quliyevanın xatirəsi yad edildi. Azərbaycan QAC-ın Prezidenti, Millət vəkili Dr.Novruz Aslanov və Cəmiyyət kollektivi II Fəxri xiyabanda İlhamə xanımın məzarını ziyarət etdi, qəbri üstə gül dəstələri qoydular. Ruhuna dualar oxundu.
İlhamə Quliyeva Azərbaycan QAC-ın fəal üzvü kimi daim təşkilatın bütün tədbirlərində yaxından iştirak edib, öz töhfələrini verib. “Qızıl Aypara” himninin ən aparıcı solistlərindən biri kimi ayparaçıların qəlbində dərin iz buraxıb.