Sentyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AQAC) ADPU Bölməsinin təşkilatçılığı ilə AQAC-ın psixoloji dəstək üzrə mütəxəssisi İsmayıl Atayevin növbəti mühazirəsi keçirilib.
Tədbirdə Filologiya, Kimya və biologiya fakültəsinin tələbələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan AQAC-ın ADPU Bölməsinin sədri, dosent Ədilə Mahmudova tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb.
Qeyd edək ki, mühazirə Şübhə mexanizmlərinin psixikaya təsiri” mövzusuna həsr edilib. Mühazirədə uzun müddətli psixoloji şübhələrin insan psixikasında yaratdığı zədə və deformasiyaların təhlili və bunun psixoloji mexanizmlərinin ədəbiyyat nümunələri üzrə geniş təhlili verilib. Mühazirə tələbələr tərəfindən böyük maraqla qarşılanıb.
Mühazirədə tələbə-gənclərin çoxsaylı sualları cavablandırılıb.