Bu günlərdə Qazax rayonunda bədbəxt hadisə baş vermişdir. Qazax rayon Kəmərli kənd sakini 1995-ci il təvəllüdlü Babayev Ramil Asif oğlu kəndin kənarında yerləşən göl kənarından tapdığı PHS -si evlərinə gətirərək onu sökmək istəmişdir. Həmin an PHS işə düşərək partlamış və ona xəsarət yetirmişdir. Ramil təcili Qazax rayon Dioqnostika mərkəzinə çatdırılmış və sağ qolunun bilək hissəsindən amputasia olunmuş qarin nahiyyəsindən isə əməliyyat olmuşdur.AzQAC-nin Qazax rayon bölməsinin əməkdaşları zərərçəkmiş mülki şəxsə baş çəkmişdir.