10 Oktyabr – 1992 –ci ildən başlayaraq, Ümumdünya Psixi Sağlamlıq Federasiyanın təşəbbüsü ilə dünyada Ümumdünya Psixi sağlamlıq günü qeyd edilir. ÜST (Ümumdünya Səhiyyə təşkilatı) bildirib ki, bu günlərdə planetimizdə 450 milyondan çox insan psixi xəstəlikdən əziyyət çəkir.
Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki: Sağlamlıq yalnız xəstəliklərin olmaması deyil, eləcə də fiziki, psixi, sosial və mənəvi rifahın, müstəqil uyğunlaşma və özünüidarəetmə qabiliyətin olması, deməkdir. (yeni yanaşma- Huber, 2010 il). Psixi sağlamlıq anlayışının tərifi: hər bir fərdin onun öz potensialını (qabiliyyətlərini) reallaşdıra biləcəyi, adi həyat streslərinin (gərginliyin) öhdəsindən gəldiyi, səmərəli və məhsuldar çalışa biləcəyi salamatlıq və öz icmasının həyatına töhvə verə biləcəyi, əmin-amanlıq bir vəziyyətdir. Sürətli sosial dəyişiklər, iİşdə stress, qeyri sağlam həyat tərzi, gender ayrı-seçkiliyi, sosial təcrid, zorakılıq təhlükəsi, fiziki xəstəliklər, insan hüquqlarının pozulması sosial-iqtisadi təzyiq, yoxsulluq, o cümlədən təhsil səviyyəsinin aşağı olması vəziyyəti həm ayrı-ayrı fərdlər, həm də icmalar üçün psixi sağlamlığa təsir edən risk amillərinə aiddir. Bu günün qeyd olunmasında sağlamlığın möhkəmləndirilməsi, psixi pozuntuların profilaktikası, həmçinin, psixi pozuntuldan əziyyət çəkən insanların müalicəsi və reabilitasiyası daxildir.
10 Oktyabr Ümumdünya Psixi sağlamlıq günü ilə əlaqədar AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində, Sabunçu Rayon Bölməsi ilə birgə bir sıra maarifləndirici tədbirlər həyata keçirilmişdir. Belə ki, oktyabr ayının 10 və 11-də həkim-pediatrlara və Sabunçu rayonunda fəaliyyət göstərən sosial xidmətçilərə maarifləndirici seminar təşkil olunmuşdur. Seminar iştirakçılarına “İcmaya əsaslanan sağlamlıq” proqramın kordinatoru Mətanət Qaraxanova stressə səbəb ola bilən iş şəraiti, onun ilkin xəbərdarlıq əlamətləri, stressin nəticələri və qarşısının alınması ilə kompleks yanaşma tədbirləri barədə geniş məlumatlar təqdim etmişdir.