DSCN0223

Qan ver, həyat xilas et

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (Qızıl Aypara) ölkədə könüllü qan donorluğunun inkişafını formalaşdıran və bu sahədə tarixi ənənələrə malik olan olan təşkilatdır.

Hazırda Respublikamızda bir sıra Hökumət və Qeyri Hökumət Təşkilatları könüllü qan donorluğu üzrə faydalı işlər, fəaliyyətlər və layihələr həyata keçirir.

Qızıl Aypara könüllüləri sırasında könüllü qan donorlarının xüsusi yeri var. Bu insanlar mütəmadi qaydada Qızıl Ayparanın və s. təşkilatların həyata keçirdiyi könüllü qanvermə aksiyalarında qan verərək çox sayda insanların həyatını xilas edir, daha çox yaşamasına yardım edirlər.

Belə mütəmadi qan verən könüllü qan donorlarımızdan biri də Bayram Vəliyevdir. O 2010-cu ildən başlayaraq mütəmadi qaydada könüllü qan verir. 16 oktyabr 2017-ci il tarixində Bayram özünün 18-ci qanverməsini reallaşdırdı. Bu dəfə O, xəstəxanada müalicə alan və təcili qana ehtiyacı olan bir insana qan verdi.

Bayram bu nümunəvi könüllü fəaliyyəti ilə Qızıl Ayparanın digər könüllülərini və ümumiyyətlə sağlam olan hər bir kəsi qan donorluğu fəaliyyətlərinə qoşulmağa çağırır.

Biz də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bütün əməkdaşları, üzvləri və könüllüləri adından Bayram Vəliyevə belə nümunəvi könüllü fəaliyyətinə görə təşəkkür edir, ona həyatda uğurlar arzulayırıq.DSCN0222DSCN0219DSCN0223

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.