2000 ABŞ dolları dəyərində olan bu maliyyə yardımı Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Ukraynada baş vermiş hərbi münaqişə zəminində Belarusiyaya qaçqın kimi gəlmiş 11 412 (təqribi) insanı nəzərdə tutan rəsmi müraciətə əsasən verilmişdir. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası tərəfindən bu müraciət dünyanın bütün Milli Qızıl Xaç və Qızıl AyparaCəmiyyətlərinə ünvanlandırır.
Qeyd olunmalıdır ki, müharibə nəticəsində zərər çəkən və qaçqına çevrilən bu insanlara verilmiş maliyyə dəstəyi 2015-ci ilin iyul ayında Bakı şəhərində yerlərdə yerləşdirilən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ianə qutularından əldə edilmişdir. Beləliklə Qızıl Ayparanın ianə qutularına pul ianə edən hər bir Azərbaycan vətəndaşı, xüsusilə Bakı sakinləri və Bakının qonaqları Belarusiyada yerləşən Ukraynalı qaçqınlara simvolik dəstək vermişdir. Qızıl Aypara ianə qutularının yanından laqeyd keçməyən hər bir vətəndaşa təşkilatımız adından təşəkkür edirik.