DSC_0203

Müqəddəs Ramazan bayramında ahıllar Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsi tərəfindən yad olundular

 

Ramazan ayı xeyir-bərəkəti çox olan əzəmətli bir aydır.Ən şəfqətli və müqəddəs ay hesab olunan bu ayda xəstələrə,kiməsizlərə,yardıma möhtac olan insanlara  əl uzatmaq eyni zamanda oruc tutan aztəminatlı ailələr,ahıllar üçün  iftar süfrəsi təşkil etmək savab iş hesab olunur.

İyul ayının 26-da Müqəddəs Ramazan ayı münasibətilə Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi qeydiyyatında olan, tənha və ahıl insanlar üçün bayram tədbiri keçirildi. Tədbiri Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova giriş sözü ilə açaraq ahılları bu gözəl bayram münasibətilə təbrik etmiş, insanlara can sağlığı arzuladı. Sonra söz Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul işçisi Seyfəddin Rəhimova verildi və o da öz növbəsində şəhər rəhbərliyinin təbriklərini ömrünün ahıllıq çağını yaşayan  bu müdrik  insanlara çatdırdı və onlara ən xoş arzularını bildirdi.

Tədbirin sonunda 80 nəfər dəvətli qocalara ərzaq bağlamaları paylanıldı. Söz alan qocalar da daima onları diqqətdə saxlayan İcra hakimiyyəti və Qızıl Aypara Cəmiyyətinin nümayəndələrinə təşəkkürlərini bildirdilər.

Mübarək Ramazan ayı ərzində AzQAC Sumqayıt şəhər bölməsi 36 sağlamlıq imkanları məhdud uşaqlara, 25 nəfər yataq xəstələrinə və  qeydiyyatında olan 140 nəfər ahıllara, ümumilikdə 201 ehtiyaclı insanlara humanitar yardımlar etmiş və ayrı-ayrı iftar süfrələrində 730 nəfər aztəminatlı ailələrə qulluq göstərmişdilər. Qeyd edək ki, humanitar yardımların paylanılması və iftar süfrələrində göstərilən xidmətlər bölmənin könüllüləri tərəfindən həyata keçirilmişdir.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.