Azərbaycanda Vərəm üzrə QHT Koalisiyası vərəmə müvəkkillik sahəsində fəaliyyətini davam edir. Belə ki, 29 Noyabr 2017-ci il tarixində Azərbaycan Arbitraj və Mediasiya mərkəzində, Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının üzvləri -Azərbaycan Qızıl Aypara Cəmiyyəti, “Həyat” Beynəlxalq Humanitar Təşkilatı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri, Vərəmin təsirinə məruz qalmış insanların icması və media nümayəndələrinin iştirakı ilə vərəm xidmətləri sahəsində mövcud olan əsas maneə və ehtiyacları, onları aradan qaldırmağın yolları müzakirə olundu. Seminar iştirakçılarına Vərəm üzrə “Milli Advokasiya Strategiya Planı”nın ilkin versiyası təqdim edildi və müzakirələr aparıldı. Adı çəkilən sənədin vərəm sahəsində adiyatı olan dövlət qurumlarına təqdim edilməsi nəzərdə tutulub. Seminarda AzQAC-ni “İcmaya əsaslanan sağlamlıq” proqramın kordinatoru Mətanət Qaraxanova və Miqrasiya şöbəsinin mütəxəssisi Sona Hacıyeva təmsil edirdilər.