Həl il dünyada 1 Dekabr Ümumdünya AİDS-lə Mübarizə Günü qeyd edilir. Bu il “Mənim sağlamlığım, mənim haqqım” şüarı altında keçirilən tədbirlər, bir daha hər bir insanın sağlam olmaq haqqına diqqəti cəlb etmək məqsədini daşıyır. BMT-n verdiyi məlumatlara görə, AİDS epidemiyasının başlanmasından bu günədək bir çox ölkələrdə İİV-ə yoluxan və AİDS-lə yaşayan insanların yaşamaq, sağlam olmaq haqqlarının müdafiəsi və mübarizəsi sahəsində həyata keçirilən fəaliyyətlərin nəticəsidir ki, AİDS-lə mübarizəyə yönnəldilən xidmətlər genişlənərək, təşkil olunur və xəstələr üçün bu xidmətlərin əlçatanlığı təmin edilib. Müalicə sahəsində proqress baş verdi. Əgər 2000-ci ildə müalicəyə 685000 nəfər cəlb olunmuşdursa, 2017-ci il iyun tarixinə isə antiretrovirus müalicəsi 20,9 mln. insan üçün əlçatan olmuşdur. Ancaq, bu infeksiyanın artması hələdə davam etməkdədir.
Bunun üçün AİDS-lə mübarizəyə yönnəldilən fəaliyyətlər güclənməli və geniş fürsət alaraq, davam etməlidir. Hər bir kəs xəstəlikdən qorunma yolları barədə məlumatlanmalı, sağlam həyat tərziyə riayət etməlidir.
Azərbaycanda hər il 1 Dekabr Ümumdünya AİDS-lə Mübarizə Gününə həsr edilən geniş tədbirlər Səhiyyə Nazirliyi AİDS-lə Mübarizə Mərkəzinin koordinasiyası ilə dövlət və QHT birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Belə ki, 1 Dekabr tarixində Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatının yüksək təşkilatçılığı ilə adı çəkilən günə həsr edilən tədbir keçirildi. Tədbir iştirakçılarına dünyada və Azərbaycanda mövcud olan AİDS-lə bağlı məlumatları təqdim etmək üçün AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova cəlb edildi. O, tələbələrə AİDS epidemiyasına dair statistik, virusa yoluxma yolları, xəstəliyin mərhələləri, qorunma üsulları və müalicəsi, İİV-ə yoluxan şəxslərin psixoloji xüsusiyyətləri, onların psixo-sosial ehtiyacları barədə geniş məlumatları təqdim etdi. Eyni zamanda burada Səhiyyə Nazirliyi AİDS-lə Mübarizə Mərkəzinin əməkdaşları tərəfindən təşkil olunmuş İİV-ə müayinəyə 50 nəfər müəllim və tələbə könüllü olaraq qatıldı.