IMG_4719

1 Dekabr – AİDS-lə Mübarizə Günü Memarliq və İnşaat Universitetində qeyd edildi

Həl il dünyada 1 Dekabr Ümumdünya AİDS-lə Mübarizə Günü qeyd edilir. Bu il “Mənim sağlamlığım, mənim haqqım” şüarı altında keçirilən tədbirlər, bir daha hər bir insanın sağlam olmaq haqqına diqqəti cəlb etmək məqsədini daşıyır. BMT-n verdiyi məlumatlara görə,  AİDS epidemiyasının başlanmasından bu günədək bir çox ölkələrdə  İİV-ə yoluxan və AİDS-lə yaşayan insanların yaşamaq, sağlam olmaq haqqlarının müdafiəsi və mübarizəsi sahəsində həyata keçirilən fəaliyyətlərin  nəticəsidir ki, AİDS-lə mübarizəyə yönnəldilən xidmətlər genişlənərək,  təşkil olunur  və  xəstələr  üçün  bu xidmətlərin əlçatanlığı təmin edilib.  Müalicə sahəsində proqress baş verdi. Əgər 2000-ci ildə müalicəyə  685000 nəfər cəlb olunmuşdursa, 2017-ci il iyun tarixinə isə antiretrovirus müalicəsi 20,9 mln. insan üçün əlçatan olmuşdur. Ancaq, bu infeksiyanın artması hələdə davam etməkdədir.

Bunun üçün AİDS-lə mübarizəyə yönnəldilən fəaliyyətlər güclənməli və geniş fürsət alaraq, davam etməlidir. Hər bir kəs xəstəlikdən qorunma yolları barədə məlumatlanmalı, sağlam həyat tərziyə riayət etməlidir.

Azərbaycanda hər il 1 Dekabr Ümumdünya AİDS-lə Mübarizə Gününə həsr edilən geniş tədbirlər Səhiyyə Nazirliyi AİDS-lə Mübarizə Mərkəzinin koordinasiyası ilə dövlət və QHT birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Belə ki, 1 Dekabr tarixində Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatının yüksək təşkilatçılığı ilə adı çəkilən günə həsr edilən tədbir keçirildi. Tədbir iştirakçılarına  dünyada və Azərbaycanda  mövcud olan AİDS-lə bağlı məlumatları təqdim etmək üçün AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova cəlb edildi. O, tələbələrə AİDS epidemiyasına dair statistik, virusa yoluxma yolları, xəstəliyin mərhələləri, qorunma üsulları və müalicəsi, İİV-ə yoluxan şəxslərin psixoloji xüsusiyyətləri, onların psixo-sosial ehtiyacları barədə  geniş məlumatları təqdim etdi. Eyni zamanda burada Səhiyyə Nazirliyi AİDS-lə Mübarizə Mərkəzinin əməkdaşları tərəfindən  təşkil olunmuş İİV-ə müayinəyə 50 nəfər müəllim və  tələbə könüllü olaraq qatıldı.IMG_4744IMG_4715IMG_4772

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.