Azərbaycan Qızıl Aypara Cəmiyyəti Nizami rayon bölməsi “Dünya Azərbaycanlılarının Həmrəylik “günü və “Yeni il” münasibəti ilə qeydiyyatında olan 140 nəfər tənha qoca, aztəminatlı ailələr,əlil insanlar,şəhid ailələri ilə görüş keçirdi. Nizami rayon bölməsinin sədri Rəna İbrahimova görüş iştirakçılarını salamlayıb,onları qarşıda gələn bayramlar münasibəti ilə təbrik edib,uzun ömür,can sağlığı,yeni ildə uğurlar, xoş günlər arzulayıb.İştirakçılar adından qeydiyyatda olan əlil Süleyman Muradov çıxış edərək Aypara Cəmiyyətinə,Nizami rayon bölməsinin sədri Rəna xanıma onlara göstərilən qayğı, mehriban münasibət üçün minnətdarlıqlarını bildirib.Qarşıda gələn yeni ilin -2018-ci ilin uğurlu olub,həmişə olduğu kimi bütün xoş günlərdə qayğıya ehtiyacı olan insanlara mənəvi dayaq olmasını arzulayıb.Sonda görüşə gələn insanlara ərzaq bağlamaları paylanılıb.