P1100461

Azərbaycan Sosial iş İctimai Birliyinin üzvlərinə seminar keçirildi

Məlumdur ki, humanitar təşkilatlar öz  fəaliyyətlərini insansevərlik, xeyirxahlıq, mərhəmətlik kimi prinsiplərə əsaslanaraq, həyata keçirir. İnsanlara sosial xidmət göstərmək üçün, hər bir işin  həyata keçirilməsində olduğu kimi,   işçi heyyəti və könüllülərinin  insan sağlamlığına dair bilik və bacarıqlarının mütəmadi  təkmilləşdirilməsi zəruridir.

AzQAC-in nümayyəndələri  müxtəlif təşkilatlarla əməkdaşlıq çərçivəsində, Azərbaycanda dünyada olduğu kimi insan sağlamlığının qorunması ilə  bağlı aktual olan mövzulara dair seminarlarda təlimatçı kimi dəvət olunurlar.

Belə ki, dekabr  ayının 23-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin „İcmaya əsaslanan sağlamlıq“ proqramının kordinatoru M.Qaraxanova  „Azərbaycan Sosial İşçilər İctimai Birliyi“-in  üzvləri üçün „İşdə psixi sağlamlığın qorunması“ mövzusunda seminarı  aparmaq üçün dəvət olunmuşdur.  Seminarda 13 nəfər  müxtəlif universitetlərdə (BDU, Azərbaycan İncəsənət Universiteti) sosial iş üzrə təhsil alan  tələbələrə fiziki sağlamlıq,  iş yerində psixi sağlamlığa təsir edən amillər, bununla bağlı əlamətlər, sağlamlığın  qorunmasına dair geniş məlumatlar prezentasiya şəklində təqdim olunmuşdur. Seminarın  interaktiv üsülu ilə keçirilməsi  iştirakçılar üçün  mövzu ilə bağlı narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparmaq imkanını yaradmışdır.  Sonda iştirakçılar seminarı  sorğu  vasitəsilə qiymətləndirmişlər. Yeni ildə də bu kimi seminarların keçirilməsi nəzərdə tutulur.  P1100461 P1100506P1100461

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.