Az.QAC Suraxanı rayon bölməsinin sədri Turan Hüseynova “Dünya Azərbaycanlılarının “Həmrəylik” günü və “Yeni il münasibəti ilə qeydiyyatında olan 50 nəfər tənha qoca,aztəminatlı ailələrlə görüşüb onları qarşıda gələn bayramlar münasibəti ilə təbrik edib,uzun ömür,can sağlığı,xoşbəxt həyat arzulayıb.Görüş iştirakçıları da bütün xoş sözlər,mehriban münasibət üçün Aypara Cəmiyyətinə,Turan xanıma öz minnətdarlıqlarını bildiriblər.Sonda tənha qocalara,aztəminatlı ailələrə ərzaq bağlamaları paylanılıb.