IMG_0337

Novruz Aslanov yenidən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti seçildi

 

Fevralın 28-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) XXV baş məclisi keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, dövlət və hökumət nümayəndələri, AzQAC-ın üzvləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin Mərkəzdəki büstü önünə gül dəstələri düzüblər.
Mandat komissiyasının hesabatı dinlənildikdən sonra AzQAC-ın sədri, Milli Məclisin deputatı Novruz Aslanov tədbiri açıq elan edib.
Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Sonra təşkilati məsələyə baxılıb, AzQAC-ın yeni nizamnaməsi təsdiq olunub, baş məclisin rəyasət heyəti, katibliyi, hesablama komissiyaları seçilib.

AzQAC-ın sədri Novruz Aslanov hesabat məruzəsi ilə çıxış edib. ƏTRAFLI…

Məruzədə bildirilib ki, 1920-ci ildə əsası qoyulan Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu gün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatını respublikada təmsil edən yeganə milli cəmiyyətdir. Azərbaycanın şanlı tarixinin ayrılmaz hissinə çevrilən Qızıl Aypara Cəmiyyəti hazırda respublikada ən böyük sosial bazaya malik qeyri-hökumət təşkilatlarından biridir. Bu gün Cəmiyyət öz sıralarında 370 mindən çox üzvü və 25 minə yaxın könüllünü birləşdirir. Hər il bu statistika artır. Bu illər ərzində AzQAC öz fəaliyyəti ilə kifayət qədər uğurlar əldə edib. Respublikada həyata keçirdiyi tibbi-sosial, humanitar və digər layihələr, müxtəlif mövzularda apardığı maarifləndirmə işləri əhalinin sağlamlığını, təbii fəlakətlər və texnogen qəzalar zamanı davranış qaydalarını, ilk yardım və bu sahədə digər vərdişlərin mənimsənilməsi üzrə layihələr buna misaldır.

Diqqətə çatdırılıb ki, AzQAC-ın əsas tərəfdaşları Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası və Beynəlxalq Qızıl Xaç Komitəsidir. Həyata keçirilən layihələrdə bu təşkilatların böyük rolu var. Son beş ildə bu təşkilatlarla birgə kifayət qədər uğurlu layihələrə imza atılıb. Fövqəladə hallara hazırlıq və cavabvermə, HİV, AİDS və vərəmlə mübarizə, səhiyyə maarifi, gənclər və könüllülərlə iş və digər layihələr bu qəbildəndir.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev çıxış edərək bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu gün öz missiyasını uğurla davam etdirir. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd ediləcək, 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub. Bu münasibətlə Azərbaycan Qızıl Aypara Cəmiyyəti də bir sıra tədbirlər keçirəcək, öz yaranma tarixinə və keçdiyi yola nəzər salacaq və gördüyü işlər barədə ictimaiyyəti ətraflı məlumatlandıracaq.

Ərəstun Mehdiyev qeyd edib ki, müstəqilliyimizin ilk illərində hökm sürən mürəkkəb şəraitdə milli Qızıl Aypara Cəmiyyətinə böyük ehtiyac duyulurdu. Cəmiyyət həmin çətin dövrlərdə qaçqınların və məcburi köçkünlərin problemləri ilə bağlı xeyli işlər gördü. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qurumun işində əsaslı dönüş yarandı. AzQAC-ın fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Təşkilatın bir qrup üzvü fəxri adlara layiq görülüb, orden və medallarla təltif olunub. Prezident İlham Əliyevin 2008-ci ildə imzaladığı Sərəncama əsasən hər il martın 10-u Azərbaycanda Qızıl Aypara Günü kimi qeyd olunur. Bu, dövlətimizin başçısının Qızıl Aypara Cəmiyyətinin humanitar fəaliyyətinə, nəcib missiyasına verilən ən yüksək qiymətdir.

Prezident Administrasiyasının rəsmisi əmin olduğunu bildirib ki, təşkilat öz xeyirxah missiyasını və gərəkli fəaliyyətini bundan sonra da səylə davam etdirəcək.

AzQAC-ın tarixinə nəzər salan Milli Məclisin komitə sədri Eldar İbrahimov 1920-ci ildə yaranmış təşkilatın ötən müddətdə şərəfli yol keçdiyini diqqətə çatdırıb. Qeyd edib ki, dövlət müstəqilliyimizin bərpa olunduğu ilk illərdə ölkə həyatının bütün sahələrində olduğu kimi, Qızıl Aypara Cəmiyyəti də ciddi çətinlik və problemlərlə üzləşmişdi. Bu məsələlərin həlli və təşkilatın fəaliyyətini canlandırmaq üçün ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bir sıra Qanun layihələri qəbul edildi. Hazırda AzQAC heç bir donordan asılı deyil və müstəqil fəaliyyət göstərir.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, bəziləri Azərbaycana demokratiya dərsi keçmək istəyirlər. Halbuki, Azərbaycanda demokratiya yüz il əvvəl, Xalq Cümhuriyyətinin yaranması ilə bərqərar olub. Bu gün ölkəmizdə çoxsaylı qeyri-hökumət təşkilatları mövcuddur və sərbəst fəaliyyət göstərirlər. AzQAC da bunun bir nümunəsidir. O, nəinki ölkə daxilində, həm də beynəlxalq aləmdə layiqli yer tutub. Qurum bu illər ərzində humanizm prinsiplərini əsas götürüb və onun fəaliyyətini beynəlxalq təşkilatlar da yüksək qiymətləndirirlər.

Əli Həsənov qeyd edib ki, indiyədək Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycanda 14 nümayəndəsi fəaliyyət göstərib. Xanım Elena Aymone Sessera 15-ci nümayəndədir. AzQAC ölkəmizdə fəaliyyət göstərən ən böyük müstəqil QHT-dir. Onun müstəqilliyini şərtləndirən əsas amil heç bir donordan asılı olmamasıdır. Təşkilat çətin vəziyyətdə olan insanlara kömək edir, çoxsaylı humanitar layihələr həyata keçirir.

Çıxışının sonunda Əli Həsənov təşkilatın öz humanist missiyasına bundan sonra da səylə davam edəcəyinə əminliyini ifadə edib.

Bununla da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXV baş məclisi başa çatıb.

IMG_0482IMG_0496IMG_0498IMG_0503IMG_0522IMG_0525IMG_0532IMG_0535IMG_0546IMG_0553IMG_0556IMG_0489IMG_0498IMG_05091519825716_1IMG_0475AYZ_018720180228_111201 1519825791_2 1519825830_3 1519825841_5 1519825864_6 1519825885_4 IMG_0301 IMG_0628 IMG_0663 IMG_0726

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.