21-24 fevral tarixində AzQAC və BQXK Azərbaycan nümayəndəliyinin birgə təşəbüssü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fövqəladə Mobil Könüllü dəstəsinin Bakı komandası üçün İlk Yardım təlimləri keçirilmişdir. Üç gün davam edən təlimlərdə 22 könüllülü İlk Yardımın əsaslarına aid müxtəlif nəzəri və praktiki biliklərə yiyələndilər. Təlimdə AzQAC İcraçı Katibin Müavini Səbinə Məhbubi-İran koordinator qismində, İlk Yardım sektorunun rəhbəri Şahin Biləndərli isə təlimçi kimi iştirak etdilər. Təlimin sonunda könüllülər öyrəndikləri nəzəri və praktiki biliklərə əsasən imtahan verərək sertifaklarını əldə etdilər. Təlimin sonuncu günü isə könüllülər BQXK Azərbaycan Nümayəndəliyinin həyətində İlk Yardım çadırlarının qurulmasını öyrəndilər. Gələcəkdə bu təlimlərin Mobil Könüllü Dəstələrin digər rayon bölmələri üçün də təşkil olunması nəzərdə tutulur.