3

FHN-in Bakı Regional Mərkəzində “1 Mart Ümumdünya Mülki Müdafiə Günü” ilə bağlı tədbir keçirmişdir

 

1 mart 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində  “1 Mart Ümumdünya Mülki Müdafiə Günü” ilə bağlı “Mülki müdafiə və milli qurumlar tərəfindən fövqəladə halların effektiv idarə olunması” mövzusunda dəyirmi masa keçirmişdir.

Tədbirdə FHN-in Baş Qərargahın, Bakı Regional Mərkəzinin əməkdaşları, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin tərəfindən prezidentinin müşaviri Elşən Səlimzadə və FHHC şöbəsinin müdiri Fərid Seyidzadə iştirak etmişlər.

İlk öncə Bakı Regional Mərkəzinin rəis müavini cənab Kamil Bağırov  gonaqları salamlamış və görüşü açıq elan etmişdir. Daha sonra, bugün dünyada baş verən təbii fəlakət və silahlı münaqişələr nəticəsində zərər cəkmiş dinc əhalinin cəkdiyi əzablardan söz acmış və nəticədə Mülki müdafiyə sisteminin bütün dünyada təkmilləşdirilməsini nə qədər vacib olduğunu vurğulamışdır.

Görüş zamanı mövzu ilə bağlı  çıxışlar edilmiş, mövzulara aid videoçarxlar nümayiş etdirilmişdir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətin prezidentinin müşaviri Elşən Səlimzadə çıxışında Fövqəladə Hallar Nazirliyi ilə 2006-ci ildə imzalanmış Memorandumdan söz açmış, bu Memorandumun çərçivəsində, dövlətə yardımçı funksiyasını yerinə yetirərək, 2010-cu ildə Kür çayının daşması və 2012-ci ildə Zaqatala rayonunda baş vermiş zəlzələ nəticəsində zərərçəkmiş insanlara humanitar yardımların çatdırılmasından, təhsil müəssisələrində, ali təhsil ocaqlarında mülki müdafiə və əhalinin təhlukəsizliyinin təminatı kimi vacib məsələlərlə bağlı maarifləndirmə işləri görüldüyünü vurğulamışdır.

Tədbirin sonunda foto şəkillər çəkilmişdir.1 2 4

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.