Adının hallanmağını istəməyən xeyirxah insan tərəfindən Az QAC Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan 57 nəfər daha ehtiyaclı ahıla ərzaq yardımı paylanıldı. AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova bölmə və humanitar yardım alan ehtiyaclı ahıllar adından xeyrixah insana minnətdarlığını bildirmişdi.Ahıllar da öz növbələrində hər ay onlara göstərilən diqqət və qayğı ücün mərhəmətli insana öz xeyir-dualarını bildirdilər.Bölməyə gəlmək iqtidarında olmayan yataq xəstələrinə yardımlar bölmənin könüllü heyəti tərəfindən evlərində çatdırıldı.