İdrak liseyində Sumqayıt şəhər icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə FHN Sumqayıt regional mərkəzini illik tədbirlər planına əsasən nümunəvi 1 mart Mülkü Müdafiə Günü tədbiri keçirilmişdir.İdrak liseyinin hərbiləşdirilməmiş Mülkü Müdafiə Qüvvələri ilə AzQAC Sumqayıt şəhər bölməsinin “Mobil dəstəsi”,ictimai asayişin mühafizə xidməti,Sumqayıt Dövlət Yanğından Mühafizənin şəxsi heyəti, Sumqayıt Təcili Tibbi Yardım briqadası qarşılıqlı qəza, bərpa ilkin tibb yardım və digər təxirəsalınmaz işləri birlikdə həyata kecirdilər.Tədbirin sonunda Fövqaladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin nümayəndəsi təlimə qatılan təşkilat təmsilçilərinə nümunəvi göstərici üçün minnətdarlığını bildirdi.Mütəşəkkil kecən tədbirdən sonra birgə xatirə şəkili cəkildi..