Sumqayıt şəhər İcra hakimiyyəti ilə AzQAC Sumqayıt şəhər bölməsinin birgə Novruz bayramı münasibəti ilə bayram tədbiri kecirildi.Hazırlıq ərəfəsində AzQAC Sumqayıt şəhər bölməsinin kollektivi və könüllüləri 300 nəfərə ərzaqların ceşidlənməsi və qablaşdırılmasını həyata keçirdilər.Sumqayıt İcra hakimiyyətinin müavini Teymur Səmədov şəhər icra hakimiyyətinin başcısı cənab Zakir Fərəcovun təbriklərini iştirakçılara catdıraraq,vxoş arzularını bildirdi.AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova da cıxış edərək iştirakçıları təbrik etdi.O öz növbəsində Sumqayıt şəhər İcra başcısı Zakir Fərəcova cəmiyyətin qeydiyyatında olan ahıllar və bölmə əməkdaşları adından diqqət və qayğıya görə minnətdarlıgını bildirdi.Tədbirin sonunda iştirakçılara hazırlanan bayram sovqatı paylanıldı.Göstərilən qayğıya görə ahıllar da öz minnətdarlıqlarını bildirdilər.Tədbirdə iştirak edə bilməyən yataq xəstələrinə sovqatlar AzQAC könüllülərinin tərəfindən evlərində catdırıldı.
17 mart 2018