Azərbaycan Qızıl Aypara Cəmiyyəti Nizami rayon bölməsi “Novruz”bayramı münasibəti ilə qeydiyyatında olan 100 nəfər tənha qoca,aztəminatlı ailələrə ərzaq yardımı payladı.Nizami rayon bölməsinin sədri Rəna İbrahimova çıxış edərək tədbir iştirakçılarını xalqımızın əziz bayramı olan “Novruz bayramı münasibəti ilə təbrik edib,onlara uzun ömür,can sağlığ,ruzi, bərəkət,xoş günlər arzuladı.Yardım alan insanlar onlara göstərilən qayğı üçün,əziz xoş günlərində paylanılan ərzaq yardımına görə Rəna xanıma bu tədbirin keçirilməsinə köməklik edən hər bir insana öz minnətdarlıqlarını bildirdilər.