IMG-20180321-WA0005

Uşaq sağlamlığına dair maarifləndirici görüş keçirildi

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020  gələcəyə baxış” İnkişaf Konsepsiyası”nda “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın qəbulu və həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Dövlət Proqramının məqsədi Azərbaycan Respublikasında qadınlara və uşaqlara göstərilən müalicə-profilaktika yardımının keyfiyyətini yüksəltmək, onların sağlamlıq vəziyyətini daha da yaxşılaşdırmaqdan ibarətdir.
Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planına uyğun olaraq, sağlamlıq imkanları məhdud uşaqların erkən aşkarlanması və onlara yardımın göstərilməsinin təşkil edilməsinə dair tədbirlər həyata keçirilir.  Buna əsaslanaraq əhali arasında  uşaq inkişafına dair məlumatların təbliği önəmlidir.

Artıq təsdiq olunub ki, 0-3 yaşında uşaqların fiziki və psixo-emosional inkişafında  geriqalma hallarının erkən aşkarlanması və  vaxtında düzgün müdaxilə edilməsi  əlilliyin qarşısını almaq mümkündür. Bu baxımdan  anaların uşaq inkişafı barədə əsaslı biliklərə malik olması zəruridir.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Respublikada ictimai səhiyyə, humanitar  sahəsində Dövlətə yardımçı rolunu oynayaraq, yerli hökumət və QHT-la əməkdaşlıq çərçivəsində, Regional Mərkəzlər  və Yerli  Bölmələr vasitəsilə əhali arasında ana və uşaqların sağlamlığının yaxşılaşdırılması və xəstəliklərin sayının azaldılmasına dair geniş səhiyyə maarifi işini təşkil  edir. Maarifləndirici tədbirlər  ana südü ilə qidalanma, uşaq inkişafı, uşaqlar arasında  yoluxucu xəstəliklər və digər mövzulara həsr edilir.

Belə ki, AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində, mart ayının 19-da Respublika uşaq xəstəxanasında müalicə olunan uşaqların anaları ilə görüş keçirilmişdir. Keçirilən görüşdə AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova analara uşaq inkişafına dair geniş məlumatlar təqdim etdi. O, analara uşağın inkişafına dair  məlumatları izah edərək, uşağın inkişafına  diqqət və vaxtında dəstək verilməsinin əhəmiyyətli olduğunu  xüsusi vurğulamışdı. Qeyd edildi ki, uşağın inkişafında olan çətinliklərin vaxtında aradan qaldırılması, gələcəkdə əlilliyin qarşısının alınması mümkündür. Görüşdə iştirak edən analara  uşaqların  inkişafı ilə bağlı  onları  narahat edən bəzi hallara dair tövsiyyələr verildi. Sonda analara « Xəstələnmiş uşağa yardım » adlı kitab paylanıldı.IMG-20180321-WA0003 IMG-20180321-WA0004

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.