2 school_n

Azərbaycanda Vərəmlə mübarizə günü qeyd edildi

      Vərəm dünyada ən çox ölümə səbəb olan yoluxucu xəstəlikdir. 2016-cı ildə dünyada 6.3 milyon yeni vərəm xəstəsi aşkar edilərək qeydiyyata alınıb. Onlardan 490 mini dərmanlara davamlı vərəm xəstəsidir. Martın 24-ü Ümumdünya Vərəm ilə Mübarizə Günü qeyd olunur.

2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının 2030-cu ilə qədər Davamlı İnkişaf üzrə təyin etdiyi məqsədlərdən biri də vərəmin qlobal epidemiyasının ləğv edilməsidir. Bununla bağlı ÜST 2016-2035 illər üzrə Vərəmin ləğv edilməsi Strategiyasını qəbul etmişdir. Bu Strategiyanın əsasında,  ölkələr Azərbaycan daxil olmaqla, tibbi, sosial, hüquq və digər sahələrin  fəaliyyətləri Vərəmlə mübarizədə gücləndirilməsinə yönnəldilməsi tövsiyyə olunur..

2018-ci ildə Vərəmlə mübarizə günü ilə bağlı,  “Gəlin əlbir olaq Vərəmə son qoyaq”  şüarı altında  Azərbaycanda  Vərəmlə mübarizədə fəal  olan Dövlət və QHT əməkdaşlıq çərçivəsində,  sil-silə ictimai tədbirləri həyata keçirildi.

Belə ki, martın 16-da  Nizami rayonunda yerləşən 238 nömrəli orta təhsil müəssisəsində 24 mart – Ümumdünya vərəmlə mübarizə günü ilə əlaqədar tədbir keçirilib. TB-REP layihəsi çərçivəsində təşkil olunan maarifləndirmə yönümlü tədbirdə  “Sağlamlığa xidmət”, AzQAC, QHT-TV, KİV  və digər təşkilatların nümayyəndələri iştirak etmişlər. Məktəbin şagirdlərinin toplandığı tədbirdə əvvəlcə Sağlamlığa Xidmət təşkilatının nümayyəndələrini  dünyada mövcud vərəmlə bağlı vəziyyətdən söhbət açıb, xəstəliyə yoluxmada məlumatlılığın vacib amil olduğunu şagird -müəllim heyətinin diqqətinə çatdırdı, onların vərəm haqqında ilkin biliklərini yoxlamaq məqsədi ilə auditoriyaya suallar ünvanladı.  Şagirdlərin bir neçəsinin cavabları qaneedici olsa da, təşkilat rəsmisi vərəmlə bağlı biliklərin artırılmasında həm məktəbin, həm ailənin, həm də cəmiyyətin əlbir olmasının vacibliyini vurğuladı. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin üzvü Mətanət Qaraxanova uşaqlara vərəm xəstəliyi barədə ətraflı məlumat verdi. O, məktəblilərə xəstəliyin heç də deyildiyi kimi dəhşətli yox, vaxtında aşkarlandıqda müalicə oluna biləcəyini çatdırdıElçin Muxtarlı çıxışının sonunda məktəblilərlə görüşə imkan yaratdığı üçün təhsil müəsisəsi rəhbərliyinə və məktəbin  direktoru İlqar Talıbova  təşəkkürünü bildirdi.

Martın 30-da isə  Az.Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Ftiziatrlar və Pulmonoloqların İctimai Birliyi və Ölkə Əlaqələndirmə Komissiyasının  (AzQAC-ti komissiyanın üzvüdür və Cəmiyyətin “İcmaya əsaslanan sağlamlıq proqramının kordinatoru M.Qaraxanova və miqrasiya şöbəsinin mütəxəssisi Sona Hacıyeva tərəfindən təmsil edilir.) təşəbbüsü ilə Dünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir. Tədbirdə Millət Vəkili Sədaqət Vəliyeva.  ÜST Azərbaycandakı Nümayyəndəliyi, AzRespublikası Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi və digər dövlət və QHT nümayyəndələri iştirak etmişdir.  Millət Vəkili Sədaqət Vəliyeva  vərəm xəstəliyi ilə mübarizədə Parlamentində həyata keçirilən  işlər barədə geniş məlumatla çıxış etdi. Bununla yanaşı, ölkəmizdə vərəmin erkən aşkarlanması, müasir müayinə və müalicə üsulları, vərəm hadisələrinin, o cümlədən dərmanlara davamlı vərəm formalarının rastgəlmə tezliyinin və yayılmasının qarşısının alınması sahəsində dünya təcrübəsinin öyrənilməsi məsələləri müzakirə edildi, həmçinin vərəmlə mübarizə sahəsində mövcud qanunvericilik və bu sahədə müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının müştərək fəaliyyətlər barədə təqdimatlarla çıxışlar dinlənildi. Dövlət qurumların nümayyəndələri tərəfindən (tibb, ədliyyə nzirlikləri) AzQAC gələcəkdə vərəmlə mübarizəyə yenidən və daha geniş proqramlarla iştirak edilməsi  ümüdlərini  səsləndirildi.

AzQAC  “İcmaya əsaslanan   sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova ölkədə AzQAC –in Vərəmlə mübarizədə rolu və fəaliyyətləri, Beynəlxalq Qızıl Xaç/Aypara Cəmiyyətləri Federasiyasının dünyada bu sahədə həyata keçirdiyi işlər barəsində  məlumatlarla çıxış etdi.

Digər bir tədbir aprel ayının 6-da Beynəlxalq Mətbuat Mərkəzində Vərəmlə bağlı jurnalistlər arasında müsabiqənin qaliblərinin mükafalandırılmasına həsr edilmişdir. 1_school 1round table 3 round table 3round table DSC_0078 DSC_0124 IMG_2416

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.