Mayın 10-da «Azərikimya» İB-nin rəhbərliyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünü böyük ruh yüksəkliyi ilə həmrəylik iməciliyi keçirməklə qeyd etmişdir. Etilen-Polietilen zavodu ərazisində keçirilən iməclikdə bir çox təşkilatlarla yanaşı Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin üzvləri və könüllüləri də iştirak etmişdi.Azərkimya İB –yi Müşahihə Şurasının yeni təyin olunmuş sədri İmran Arzumanzadə ilə birgə ayparaçılar ağac əkmiş,xatirə şəkilləri çəkdirmişdilər.Aksiyadan sonra iştirakçılar toplanmış, günün vacibliyindən söhbət etdilər.